Sizin reklam burada 728×90
Son dəqiqə

"YAŞAT" fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi Vətənə qayıdıb

21.07.2022 20:17 525 1 dəq oxunur
"YAŞAT" fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi Vətənə qayıdıb
"YAŞAT" fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir Vətən müharibəsi qazisi evinə qayıdıb.

bakunews.az report-a istinadən xəbər verir ki, qazimiz xərəkdə yola salındığı Türkiyədən evinə ayaqları üstündə qayıdıb.

"Müalicəyə yola salınanda ağrılarına, vəziyyətinin ağırlığına baxmadan yalnız gülümsəyirdi. Bu gülümsəmənin ardında möhkəm iradə, böyük inam və ümidlər var idi. Budur, Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb", - məlumatda deyilir.

Qazimiz 17 il Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edib, Aprel döyüşləri və Vətən müharibəsində böyük şücaət göstərib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az