• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat

Cəmiyyət

2-12-2023, 09:09


“Hərbçilərin xidmət dövrünün artırılması mənfi haldır. ”Hərbçi niyə 45 yaşında pensiyaya çıxmalıdır" fikrini səsləndirənlər gəlib hərbçilərlə 1 ay eyni rejimdə yatıb-dursalar, yaxud tapşırıqları yerinə yetirsələr, yəqin ki, bundan sonra onlar bu sözü bir daha dillərinə gətirməzlər".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Hərbçi nə bayram, nə bazar, nə də rahatlıq bilir. Ondan ötrü saat anlayışı yoxdur. Bu gün Milli Məclisdə 99% hərbidən uzaq olan adamlar var. Bu təklifi verənlər çox məsuliyyətsiz davranıblar. Çünki bundan sonra hərbi sahəyə maraq azalacaq. Əvvəllər insanlar deyirdilər ki, gedib 20 il xidmət edəcəyəm, sonra da pensiyaya çıxacağam. Bu amil dünyada elmi tədqiqatlar və tibb elmi sahəsində sübut olunmuş bir faktdır ki, 20 il insan orqanizmi davamlı şəkildə dözür və onu keyfiyyətli şəkildə yerinə yetirməyə imkan yaradır. İndi nə etmək istəyirlər? 5 il xidmət dövrünü artırmaqla niyə gözə soxurlar ki, 65% pensiya alacaqsınız? Mən guya sabah pul qazanacağam, amma o 5 il də 5 ildir və elə-belə deyil, çünki o 5 ilə mənim sağlamlığım tam sıradan çıxacaq”, - deyə o qeyd edib.

Ekspert hərbçilərlə bağlı bu cür yanaşmanı kökündən yanlış sayır: “Çox təəssüf ki, bugünkü parlamentdə və bəzi idarəetmədə olanlar hərb sahəsinin nə olduğunu anlamaq istəmirlər. ”Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanun var. Bütün dünyada belədir ki, harada hərbi sahə varsa, o, hərbçiyə aid olan konkret qanunla tənzimlənir. İndi isə ideya irəli sürüblər ki, MAXE-lər 45-dən 48 yaşa, hərbi qulluqçular 20 ildən 25 ilə xidmət keçməlidir və s. Bir neçə ildən sonra biz yenə də qanunu dəyişməli və geriyə addım atmalı olacağıq. Deputatların çoxu heç əsgərlikdə olmayıb. Xidmətdə olanlar da 365 gün sızıldayıb ki, xidmətim nə vaxt qurtaracaq? Hələ mən 1 ili deyirəm, lakin burada söhbət 20 ildən gedir. 20 il bu insan nə bazar, nə bayram, nə seyran bilir, növbəyə gedir, poliqonda yaşayır".

Qanuna belə bir düzəliş edilərsə, həqiqətənmi ölkədə hərbiyə maraq azala bilər?

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Fazil Mustafa qeyd edib: “Əlbəttə, hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələlərdən biridir. Burda hər hansı bir şəkildə qənaət və yaxud az vəsait xərclənməsi nəzərdə tutulursa, bunu başqa kateqoriyalara aid etmək olar. Müdafiə Nazirliyi sferasında son illərdə mövcud olan müəyyən korrupsiya elementlərini azaltmaqla bunu etmək daha doğru olar. Əgər orada korrupsiya azalsa, artıq problem olmaz.

Sıradan hərbçilərin bu qədər əziyyətlə xidmət göstərdiyi bir mühiti bu cür alt-üst etmək müəyyən problemlər yarada bilər. Hərbçilər də elə kateqoriyadır ki, onları qətiyyən incitmək olmaz. Xüsusən də Qarabağ savaşını uğurla başa çatdırmış bu insanların belə bir uzatma ilə müəyyən problemlər yaşayacağını mütləq gözə almaq lazımdır. Ona görə də mən bu qərarın bir daha gözdən keçirilməsinin tərəfdarıyam. Yaxşılaşdırmağa doğru addım atmırsansa heç olmasa pisləşdirməyə də doğru addım atma. 50 faizli deyil, 65 faizli pensiya alınması nəzərdə tutulsa bu peşənin çətinliyini də gözə almaq lazımdır. Bu peşə çətinliyi uzun müddət davam edəndə ortaya müəyyən problemlər çıxa bilər. Bunları mütləq diqqətdə saxlamaq lazımdır. Əlbəttə ki, daha yüksək pensiya alınması müsbət xarakterizə bilər, amma bu peşədə olan insanların başqa bir peşəyə transfer olması çox çətin olur, xüsusən də mülki həyata qayıtdıqdan, yaşlandıqdan sonra. Beləliklə, bütün bunlar nəzərə alınmalıdır".

Hərbi ekspert Ramil Məmmədli isə ekspert həmkarının fikri ilə razılaşmadığını deyib:

“Hesab edirəm ki, hərbçilərin xidmət təqvim müddətinin artırılması heç də hərbi sahəyə marağın azalmasına gətirib çıxartmayacaq, mən bun fikirlə razı deyiləm. Amma fiziki baxımından təbii ki, 38-40 yaşında olan şəxslə 45-46 yaşında olanın fiziki hazırlığı fərqli olur. 40 yaşdan sonra əksəriyyət kişilərdə fiziki hazırlıqla bağlı geriləmələr olur. Özü də hərbidə fiziki hazırlıqla bağlı xüsusi amillər məqamlar var, məsələn, uzaq məsafəyə hərəkət və sairə. Amma ümumiyyətlə həqiqətən də bioloji baxımından 38-40 yaşdan sonra aktiv fiziki fəaliyyət bir qədər məhdudlaşdırılmalı, azaldılmalıdır.

Hərbi qulluqçuların aylıq maaşlarının bir neçə dəfə artırılması, həmçinin sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması hərbi xidmətə marağı daha da artırar, bu da Azərbaycan ordusunun potensialının gücləndirilməsinə gətirib çıxarar".

Millət vəkili Vüqar Bayramov isə məsələyə bu cür münasibət bildirib:

“Layihəyə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılacaq. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin-2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər mövcud qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək.

Hərbçi indiyədək 17 və ya 19 il xidmət göstəribsə bu dəyişikliklər onun 25 il deyil, 20 ildən sonra pensiyaya çıxmağına imkan verəcəkmı? Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbiçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir".

Millət vəkili bu dəyişikliklərin yalnız hərbiçi və hərbi statuslu vətəndaşlara şamil olunduğunu vurğulayıb:

“Bu dəyişikliklər polislərə şamil olunmayacaq. Onlar mövcud qaydalar ilə pensiyaya çıxmaq hüququnu saxlayırlar. Sadəcə, dəyişiklik polis sistemində hərbi status ilə çalışanlara adi ediləcək. Məsələn, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında çalışanlara dəyişiklik şamil ediləcək”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

3-09-2022, 17:24

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Gündəm / Siyasət

16-08-2023, 16:35

Prezident hərbi xidmətlə bağlı SƏRƏNCAM imzalayıb

Siyasət

1-08-2022, 14:21

Müdafiə Nazirliyi ehtiyatda olan zabitin iddialarına cavab verib

Siyasət

6-08-2022, 17:59

Daha iki hərbçi ordu sıralarından xaric edilib

Gündəm

14-08-2023, 10:53

Naxçıvanda hərbiçilər: "Bizə mülki paltar geyindirib, tikintidə qul kimi işləməyə aparırlar."

Cəmiyyət

12-08-2022, 09:56

Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırıldı - FOTOlar

Hərbi

6-11-2023, 21:30

Azərbaycanda hərbçilərin maaşlarının artırılması təklif olunur

Cəmiyyət

1-07-2022, 13:10

Azərbaycanda hərbi xidmətə növbəti çağırış BAŞLADI

Cəmiyyət

2-08-2022, 12:20

TikTokda canlı yayım edən hərbçilər ordu sıralarından çıxarıldı - Rəsmi

Cəmiyyət

18-08-2022, 19:41

Azərbaycan hərbçisi qətlə yetirilib, tutulan var - YENİLƏNİB

Cəmiyyət

28-07-2023, 14:52

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib - FOTO

Siyasət

3-08-2022, 16:50

Müdafiə Nazirliyi məlumat yaydı - Ordu sıralarından ÇIXARILDI

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
24-05-2026, 12:30
Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
23-05-2026, 11:27
Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
12-05-2026, 09:21
Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB
10-05-2026, 12:30
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
7-05-2026, 17:34
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
Xəbər lenti
  • Bu gün, 09:17
    Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
  • Bu gün, 09:02
    Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
  • Bu gün, 08:50
    Azərbaycanda Qurban bayramı qeyd edilir
  • Dünən, 19:00
    Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir
  • Dünən, 18:38
    Emmanuel Makron İlham Əliyevi təbrik edib
  • Dünən, 18:32
    AYNAnın məqsəd nizam intizam yaratmaqdı , yoxsa soyğunçuluq?
  • Dünən, 18:09
    Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq
  • Dünən, 18:00
    Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb
  • Dünən, 17:32
    Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib
  • Dünən, 17:16
    Prezident bir sıra məhkəmələrə sədr təyin edib
  • Dünən, 17:03
    “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
  • Dünən, 16:27
    Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib
  • Dünən, 16:19
    Rahat marketdə köhnə məhsullar, endirimlı qiymətlər….
  • Dünən, 15:50
    MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
  • Dünən, 15:43
    Azay Möhnətov nəyin "Bədəl" ödəyir?-“AF Hotel” yandı, “Eurohome” bağlandı
  • Dünən, 15:00
    TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub
  • Dünən, 13:06
    Sabah 30 dərəcə isti gözlənilir
  • Dünən, 12:59
    Xətai rayonunda qalmaqalı tikinti - Sənəddə 1, reallıqda isə 2 mərtəbə... - VİDEO
  • Dünən, 12:24
    Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək
  • Dünən, 12:11
    Otorapor_azerbaijan-dan şikayət - "200 manatım və 4 saat boşuna vaxtım getdi"
  • Dünən, 11:40
    Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir
  • Dünən, 11:10
    Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
  • Dünən, 10:50
    Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
  • Dünən, 10:44
    Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
  • Dünən, 10:12
    Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
  • Dünən, 09:52
    “Azure Residence”dən ŞİKAYƏT
  • Dünən, 09:26
    Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq
  • Dünən, 09:11
    Dövlət Məşğulluq Agentliyində heç nə dəyişməyib - Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi ...350 milyonluq tender
  • Dünən, 08:54
    Ağdam şəhərinə daha 417 nəfər köçüb
  • 25-05-2026, 18:02
    Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
  • 25-05-2026, 17:47
    Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək
  • 25-05-2026, 17:10
    “Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
  • 25-05-2026, 16:34
    Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq
  • 25-05-2026, 16:25
    Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
  • 25-05-2026, 15:50
    Kuba Prezidenti Azərbaycan liderini təbrik edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə