• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bişkekdə “Dilimiz milli sərvətimizdir” adlı elmi-praktik konfrans təşkil edilib FOTOLAR

Cəmiyyət / Sosial

24-11-2023, 17:50

“Heydər Əliyev İli” çərçivəsində Qırğız Respublikasında keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq Bişkek şəhərində “Dilimiz milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “İrs” İctimai Birliyinin və Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə baş tutan konfransda Qırğız Respublikası Prezident Administrasiyasının, ölkə parlamentinin (Joqorku Keneş), Elm və Təhsil Nazirliyinin, Mədəniyyət, Informasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin, Qırğızıstan Xalq Assambleyasının, Çingiz Aytmatov Fondunun nümayəndələri, hər iki ölkənin elm xadimləri və Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Qırğızıstan və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev açaraq, Azərbaycana ən çətin dövrdə rəhbərlik etmiş, vətəninin inkişafı üçün hər cür münbit şərait yarattmış dünya şöhrətli siyasətçi Heydər Əliyevin 1995-ci ildə Qırğızıstanda keçirilən “Manas” dastanının 1000 illiyi ilə bağlı tədbirlərdə iştirak etdiyini, onun “Bir-birimizə kömək edəcək, böyük Manasın qoyduğu yolla birlikdə irəliləyəcəyik” müdrik fikrinin unudulmadığını xatırladıb. Sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks edirən videoçarx nümayiş
etdirilib.
Konfransda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xatırladıb ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Milli mədəniyyətimizin, dilimizin, dinimizin, milli-mənəvi dəyərlərimizin ən böyük bilicisi və müdafiəçisi olan Heydər Əliyevin hələ sovet dövründə, 60-cı illərin sonlarından başlayaraq milli dilin təbliği üzrə ardıcıl siyasət apardığı, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi və onun qanunvericilikdə təsbit edilməsinə nail olduğu bildirlib. Sonra Qırğız Respublikası Prezident Administrasiyasının şöbə müdirinin müavini, tarix elmləri doktoru, professor Oktyabr Kapalbayev, Qırğızıstan Xalq Assambleyasının sədri Almanbet Matubraimov, Qırğızıstan Parlamentinin sabiq spikeri, Qırğız Respublikasının Qəhrəmanı, Ağsaqqallar Şurasının sədri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Prof. Dr. Medetkan Şerimkulov, ölkə parlamentinin deputatları Arslanbek Maliyev və Nurjigit Kadırbekov, Qırğızıstan Milli Akademiyasının akademikləri Abdılcan Akmataliyev və Sırtbay Musayev, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyev, Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Akif
Alaferdov, “Çingiz Aytmatov adına İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti, tanınmış diplomat, yazıçının oğlu Əsgər Aytmatov, “İrs” İctimai
Birliyinin sədri Xansıvar Baxşəliyev, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin sektor və şöbə müdirləri
Arkarbek Mamıtov və Altın Tursunbekova çıxış ediblər. Qırğızıstanla Azərbaycanı bir-birinə ortaq tarixi köklər, mədəni ənənələr və mənəvi-əxlaqi dəyərlərin bağladığını vurğulayan natiqlər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər. Onun Azərbaycan xalqının və türk dünyasının maraqları naminə həyata keçirdiyi misilsiz xidmətləri yüksək qiymətləndiriblər.
Komitə sədri ulu öndərin çox sevdiyi mahnılardan ibarət “Heydər Əliyevin sevimli musiqi inciləri” kitabını Qırğızıstan Parlamentinin sabiq spikeri, Qırğız
Respublikasının Qəhrəmanı Medetkan Şerimkulova hədiyyə edib. Konfrans yerli kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandrılıb.
Səfər çərçivəsində F.Muradovun Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonalievlə də görüşü keçirilib. Görüş zamanı qonağa komisiyanın fəaliyyəti barədə ətraflı məlumat verilib. Hazırda Qırğızıstanda iki dilin (qırğız və rus) rəsmi dövlət dili olduğu, bu durumun dəyişdirilməsini nəzərdə tutan yeni qanun layihəsinin hazırlanması ilə bağlı işlərin aparıldığı bildirilib.
Komissiya sədri Diasporla İş üzrə Dövlət Komitəsi ilə imzalanan Anlaşma Memorandumu əsasında Azərbaycan diasporu ilə silsilə tədbirlər keçirildiyini
məmnunluqla vurğulayıb və mədəniyyət paytaxtımız Şuşa şəhərinə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Komitə sədri səmimi qəbula və Qırğızıstandakı Azərbaycan diasporu ilə sıx əməkdaşlıq əlaqələrinə görə minnətdarlığını bildirib. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun və latın qrafikalı Azərbaycan əlifbasına keçidin tarixi barədə qısa məlumat verib. Qeyd edilib ki, dövlət başçımızın doğma dilimizin təbliğinə dair tapşırıqları və dəstəyi əsasında müxtəlif xarici ölkələrdə 20-dən artıq Azərbaycan Evi yaradılıb və bu evlərin nəzdində Azərbaycan həftəsonu məktəbləri uğurla fəaliyyət göstərir. Növbəti il ərzində xarici ölkələrdə daha 10 Azərbaycan Evinin açılmasının nəzərdə tutulur. Görüş əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsinin aparılması və qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

24-10-2023, 20:29

Qars şəhərində “Heydər Əliyev və Türkiyə” adlı beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

İqtisadiyyat

27-07-2023, 19:30

Azərbaycan-Qırğız İnkişaf Fondunun ilk iclası keçirilib - FOTO

Cəmiyyət

24-11-2023, 13:33

Komitə sədri Bişkekdə Azərbaycan icması ilə görüşdü - FOTOLAR

Siyasət

10-11-2023, 21:49

Sankt-Peterburq şəhərində “Zəfər” konfransı təşkil edilib - FOTO

Cəmiyyət

22-11-2023, 10:41

Komitə sədri Fuad Muradov Qırğızıstana səfər edib - FOTOLAR

İqtisadiyyat / Sosial

15-09-2023, 10:50

Bakıda “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq konfrans keçirilir - CANLI YAYIM

Cəmiyyət

10-11-2023, 15:23

Barselonada “Heydər Əliyev İli” çərçivəsində “Zəfərin Qəhrəmanları” adlı opera konserti təşkil edilib - FOTOLAR

Cəmiyyət

20-11-2023, 11:10

Almaniyadakı Azərbaycanlı Həkimlərin Təqaüd Proqramının ilk qaliblərinin adları açıqlanıb

Mədəniyyət

2-08-2022, 19:00

Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Cəmiyyət

18-09-2023, 11:49

Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu Berlində təşkil ediləcək

İqtisadiyyat

23-11-2023, 16:52

Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının 2-ci iclası keçirilib

Siyasət

25-08-2022, 16:46

Əli Əsədov Qırğızıstan Prezidenti ilə görüşüb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Dünən, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Bu gün, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Bu gün, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Bu gün, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Bu gün, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Bu gün, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Bu gün, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Bu gün, 01:21
    Azərbaycanda Anım Günüdür
  • Dünən, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • Dünən, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • Dünən, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • Dünən, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • Dünən, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • Dünən, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • Dünən, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • Dünən, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • Dünən, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • Dünən, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • Dünən, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • Dünən, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • Dünən, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • Dünən, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • Dünən, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • Dünən, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • Dünən, 12:10
    Laçında traktor minaya düşüb
  • Dünən, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • Dünən, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • Dünən, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • Dünən, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
  • Dünən, 10:29
    Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
  • Dünən, 10:09
    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • Dünən, 09:51
    Ramin Qasımov Sumqayıt Tibb Mərkəzində nə kimi qanunsuzluqlara yol verir
  • Dünən, 09:23
    İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir
  • Dünən, 09:17
    “Referans”ın həkimləri qızımı öldürdü – 19 yaşlı Fidanın atasından ağır ittihamlar
  • Dünən, 08:54
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə