• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Maqdeburqda Diaspor Boks Liqasının idman zalı və “Ana dili” məktəbi açılıb - FOTOLAR

Cəmiyyət

20-11-2023, 16:28

“Heydər Əliyev İli” çərçivəsində Almaniyanın Maqdeburq şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin, Diaspor Boks Liqasının idman zalının və “Ana dili” məktəbinin açılış mərasimi keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev açıb. Bildirib ki, hazırda Almaniyadakı soydaşlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordunun əldə etdiyi parlaq qələbə sayəsində qalib xalqın diasporu kimi qürur içində yaşayır. O, Almaniyadakı Azərbaycan icmasının idman sahəsində daha böyük uğurlara nail olması üçün Maqdeburqdakı azərbaycanlıların rəhbərlik etdikləri müxtəlif klubları bir yumruq kimi birləşməyə çağırıb.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yeni idman zalı və “Ana dili” məktəbindən ibarət olan növbəti Azərbaycan Evinin açılması münasibətilə Maqdeburq şəhərində və ətrafında yaşayan soydaşlarımızı təbrik edib. Qeyd edib ki, dövlətin bütün uğurlarının və qələbələrinin əsasında bu il 100 illiyini qürur içində qeyd etdiyimiz ümummilli lider, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniyada yaşayan soydaşlarımızın hər zaman Azərbaycanın nailiyyətlərini dəstəklədikləri, bunu öz fəaliyyətləri ilə nümayiş etdirdikləri vurğulanıb.

Komitə sədri xatırladıb ki, Dünya Azərbaycanlıların V Qurultayında dövlət başçısının soydaşlarımızın sıx yaşadığı şəhərlərdə Azərbaycan evlərinin daha intensiv şəkildə açılmasına dair xüsusi tapşırığı olub:

“Biz bu tapşırığı yerinə yetiririk. Hazırda dünyanın 20-dən çox şəhərində Azərbaycan Evi fəaliyyət göstərir. İndi isə Maqdeburqda təkcə idman zalı və məktəb açılmır, eyni zamanda soydaşlarımızın bir araya gəlməsi üçün böyük bir ocaq açılır. Siz bilməlisiniz ki, Prezident İlham Əliyev övladlarımızın sağlam böyüməsi, Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrənməsi, soydaşlarımızın sağlam həyat tərsi keçirməsi, dünyanın müxtəlif ölkələrində nüfuzlu mövqelərə malik olmaları üçün bütün layihələri tam dəstəkləyir. Əgər dövlət başçımızın dəstəyi olmasaydı, biz belə layihələri həyata keçirə bilməzdik”.
O, Maqdeburqdakı Azərbaycan Evinin açılmasında və qurulmasında əməyi olan bütün soydaşlarımıza, hər zaman xalqımıza dost münasibəti sərgiləyən ictimai xadim, Xocalı soyqırımı haqqında kitabın müəllifi Dr. Rolf Kunsa və Maqdeburq şəhər şurasının üzvü Bernd Heynemana minnətdarlığını bildirib. Soydaşlarımızı diasporun güclü olması naminə birlik və həmrəylik göstərməyə çağırıb.

Mərasimdə Diaspor Boks Liqasının baş məşqçisi Şamil Kərimov, Dr. Rolf Kunş, boksçu Aleksandr Frank, “Odlar Yurdu” klubunun prezidenti, boks üzrə dünya çempionu Azad Əzizov və başqaları çıxış ediblər. Bu əlamətdar hadisə ilə bağlı soydaşlarımızı təbrik edən, xoş arzularını bildirən natiqlər soydaşlarımıza diqqət və qayğı göstərən Azərbaycan dövlətinə təşəkkür ediblər.

“Gənclər və uşaqlar üçün belə idman zalının və məktəbin açılması böyük nailiyyətdir. Azərbaycanın hər zaman dostu olmuşam və dostu olaraq da qalacağam”, - deyə R.Kunş vurğulayıb.

Qonaqlar idmançıların boks zalında məşqini və “Ana dili” məktəbinin ilk dərsini izləyiblər.

Qeyd edək ki, 11 ildir Almaniyanın Maqdeburq şəhərində davamlı fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin yarışları artıq bu il sentyabrın 1-dən nüfuzlu “BoxRec” saytındakı dünya reytinq cədvəlinə düşüb. Bu addım ulu öndər Heydər Əliyevin adını daşıyan kəmərlərin bütün dünyada tanıdılması məqsədilə atılıb.











Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

7-05-2023, 19:31

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

İdman

7-05-2023, 19:32

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib - FOTO

Cəmiyyət

18-09-2023, 11:49

Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu Berlində təşkil ediləcək

Siyasət / İdman

18-04-2023, 15:37

Almaniyadakı boks təşkilatları Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edir - FOTO

Cəmiyyət

31-08-2022, 13:36

Azərbaycan icmasının fəaliyyəti Hannoverdə müzakirə edilib

Cəmiyyət

28-08-2022, 15:54

Dövlət Komitəsinin sədri Almaniyanın 31 şəhərində yaşayan azərbaycanlılarla görüşüb

Cəmiyyət

20-11-2023, 11:10

Almaniyadakı Azərbaycanlı Həkimlərin Təqaüd Proqramının ilk qaliblərinin adları açıqlanıb

Dünya

7-03-2023, 22:22

Ottavada Azərbaycan icması ilə görüş olub - FOTO

Siyasət

30-01-2023, 20:30

Avropadakı diasporumuz bəyanat yayıb

Mədəniyyət

2-08-2022, 19:00

Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Dünya / Video

10-05-2023, 20:18

“100 il”in diaspor siyasəti “Heydər Əliyev” sənədli filmində - VİDEO

Cəmiyyət

26-09-2023, 16:55

Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu işə başlayıb - FOTOLAR

Araşdırma
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
Dünən, 17:57
Bakıda məktəbli bıçaqlanıb
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
Xəbər lenti
  • Bu gün, 08:58
    Bu gün Yasamalın bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Nazirlik: Dövlət başçısının yeni Fərmanı ilə övladlığagötürmə proseduru sadələşdirilib
  • Dünən, 18:28
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • Dünən, 18:15
    “Neptun”dakı endirim narazılıq yaratdı – Foto
  • Dünən, 17:57
    Bakıda məktəbli bıçaqlanıb
  • Dünən, 17:52
    783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim” - MƏHKƏMƏ
  • Dünən, 17:22
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:08
    Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
  • Dünən, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • Dünən, 16:45
    Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
  • Dünən, 15:56
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • Dünən, 15:43
    Bakıda restoranda şok hesab: 10 nəfərə 1236 manat - FOTO
  • Dünən, 15:12
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • Dünən, 15:01
    "Bazarstore"-dan xarab məhsul - FOTOLAR
  • Dünən, 14:37
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • Dünən, 13:45
    Bakı Kommersiya Məhkəməsinin sədri məşhur dələduz Arzu Kazımovu belə qoruyur? – "Servis+" MTK işində qalmaqallı qərardadı necə alıblar
  • Dünən, 13:42
    “Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
  • Dünən, 13:24
    Badamdarda yüksək gərginliyin altında böyük təhlükə - Kim və necə içazə verib? - VİDEO
  • Dünən, 13:15
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Dünən, 13:05
    Şamaxıda “kəsib, sonra sayırlar?” - Sakinlərin haqqını kim qoruyacaq? – VİDEO
  • Dünən, 12:49
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • Dünən, 12:31
    Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
  • Dünən, 12:05
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • Dünən, 11:55
    "VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
  • Dünən, 11:49
    Yasamalın icra başçısı kimin GÖZÜNƏ KÜL ÜFÜRÜR... - BU NƏDİ BELƏ?
  • Dünən, 11:41
    Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
  • Dünən, 11:28
    Burda müştəriyə köhnə yemək verilir... - "Çox ac idik deyə ..."
  • Dünən, 10:44
    Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
  • Dünən, 10:25
    “Qaçqınkom” dövlətin pulun belə “qaçırdır”:Bir mənbədən satınalma ilə...
  • Dünən, 10:10
    Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub
  • Dünən, 09:34
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • Dünən, 09:09
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
  • 4-10-2026, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • 4-10-2026, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • 4-10-2026, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə