Sizin reklam burada 728×90
Son dəqiqə

DİN: Gəncə sakinlərində silah və narkotik aşkarlanıb - FOTO/VİDEO

12.01.2023 18:36 539 1 dəq oxunur
DİN: Gəncə sakinlərində silah və narkotik aşkarlanıb - FOTO/VİDEO
ULUTV.İNFO xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri, Fərid Əhmədov və Həsən Layıcov şəhər ərazisində saxlanılaraq, polis şöbəsinə gətiriliblər. Onların üzərində şəxsi axtarış keçirilən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, F. Əhmədovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib.

Baxış zamanı oradan gizlədilmiş 1 ədəd “Naqan” tipli tapança və həmin tapançaya aid 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az