• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Şərurlu İsfəndiyar" məhkəmədə: "Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm"

Araşdırma

14-11-2025, 16:31

"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb.
BakuNews.az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tərəfin vəsatəti əsasında məhkəməyə çağırılan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva da iştirak edib.

Belə ki, təqsirləndirilənin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun Emil Səməndərov haqqında dediklərindən sitat gətirərək sözügedən məsələnin təhqir olmadığını deyib və bu barədə mütəxəssisin fikrini soruşub.

Zərərçəkənin vəkili Asim Abbasov sualın manipulyativ xarakterli olduğunu deyərək etiraz edib.

Mütəxəssis fikrini bildirməmişdən əvvəl təqsirləndirilən İsfəndiyar Axundov ona söz verilməsi üçün icazə istəyib. Belə ki, o, həmin vaxt əsəblərinin yerində olmadığını və pis həddə çatdığını deyib:

"Həmin vaxt mənə çoxlu şikayətlər gəlirdi. Biri qazi, biri şəhid ailəsi idi. Hamısı narazı idi, ona görə də əsəbiləşib bir-iki cümlə nəsə demişəm. Möhtərəm hakim, mən sizdən narazıyam, 75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiniz. Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm, ona görə də mənə belə əziyyət verirsiniz".

Sonra ekspert məsələ ilə bağlı öz rəyini verib. Belə ki, o, sorğuda üç sual olduğunu bildirərək onların hər birini tədqiq etdiyini deyib:

"Pul yemək" frazeoloji birləşmədir, ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. "Yeyinti" sözü məcazi mənada, oğurlamaq, israf etmək mənasında işlənir. İstənilən söz yerinə görə təhqir hesab oluna bilər. Lakin bu, o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqirdir. Bizə təqdim olunan sözləri linqivistik baxımdan təhqir yox, tənqid hesab etmək olar".

Zərərçəkənin vəkili Asim Abbasov ekspertin rəyinə etiraz edib. O, ekspertin qərəzli olduğunu bildirib.

Vəkil ekspertdən İsfəndiyar Axundovun Emil Səməndərova qarşı işlətdiyi "Şərəfi və ləyaqəti olan adam şəhid, qazi ailəsini aldadarmı?" ifadəsinin təhqir olub-olmadığını soruşub.

Ekspert Nəzakət Qaziyeva deyib ki, sözügedən ifadənin təhqir hesab olunması üçün konkret adama yönəldilməlidir. Onun sözlərinə görə, İsfəndiyar Axundovun işlətdiyi bu söz konkret adama yönəldilməyib.

"Burada siz və mən olsaq, desəm ki, şərəfi, ləyaqəti olan ekspert belə etməz, bunu təhqir kimi qəbul edərsinizmi?", - vəkil Asim Abbasov ekspertdən soruşub.

Ekspert Nəzakət Qaziyeva isə bu sözü öz üzərinə götürməyəcəyini bildirib.

Hakim ekspertə prosesdə söylədiklərini növbəti iclasda rəy formasında məhkəməyə verilməsi üçün ona videomaterialların təqdim olunmasına qərar verib.

Vəkil Asim Abbasov buna etiraz edib. O deyib ki, məsələni aydınlaşdırmaq üçün birinci rəyi verən ekspert çağırılmalı, onların ikisini də dinləyib məhkəmə yekun qənaətə gəlməlidir.

Hakim həmin vəsatətin baxılmamış saxlanıldığını, lazım olduqda baxılacağını xatırladıb.

Proses mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün noyabrın 20-dək təxirə salınıb.

Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016" MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu "dələduz" adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Araşdırma

4-09-2025, 18:08

Şərurlu İsfəndiyar: "Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar"

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Mədəniyyət

8-03-2025, 10:40

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

Cəmiyyət

21-05-2025, 18:31

31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Hadisə

1-10-2023, 18:39

Anasının Votsapına baxan oğul həyatının şokunu yaşadı - Yad kişi ilə... - Şamaxıda biabırçılıq

Gündəm / Cəmiyyət

22-01-2025, 14:27

“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər

Gündəm / Cəmiyyət

17-07-2024, 09:54

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Cəmiyyət

2-05-2025, 10:14

"Şərurlu İsfəndiyar"dan şikayət bitmir — 39 min dolları və evi əlindən çıxan vətəndaş faktları açıqladı (VİDEO)

Cəmiyyət

1-12-2023, 08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

İqtisadiyyat

8-07-2024, 20:28

Get... dərmanını sat də... - HƏQİQƏTƏN DƏ...

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 19:00
Qarabağ suvarma kanalında bir nəfər batıb
Bu gün, 10:00
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Dünən, 13:20
Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
Dünən, 08:56
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:59
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
27-07-2026, 10:00
33 yaşlı kişi Qarabağ kanalında batıb
Xəbər lenti
  • Bu gün, 20:08
    İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib
  • Bu gün, 19:00
    Qarabağ suvarma kanalında bir nəfər batıb
  • Bu gün, 18:30
    Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb
  • Bu gün, 18:06
    Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir
  • Bu gün, 17:46
    Kənan Basqala hökm oxundu
  • Bu gün, 17:27
    Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq
  • Bu gün, 16:20
    Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?
  • Bu gün, 15:38
    FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı
  • Bu gün, 15:15
    Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ - necə gizlədib?
  • Bu gün, 14:55
    UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri müəyyənləşib
  • Bu gün, 14:39
    Avqustun hava proqnuzu: Bəzi yerlərdə normadan yuxarı olacaq
  • Bu gün, 14:15
    SEPAH Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə yeni zərbələr endirəcəyini vəd edir
  • Bu gün, 11:44
    Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub
  • Bu gün, 11:39
    Gürcüstanda bu nazirlik ləğv edilir, əvəzində yeni vəzifə yaradılır
  • Bu gün, 11:16
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Bu gün, 11:09
    Azərbaycanda ən çox və ən az pensiyaçı olan RAYONLAR
  • Bu gün, 10:47
    Əhməd Davudoğlu siyasətdən getdi
  • Bu gün, 10:25
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidliyə cavabsız suallar...
  • Bu gün, 10:00
    Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
  • Bu gün, 09:51
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • Bu gün, 09:32
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Bu gün, 09:18
    Rafiq Quliyev icra başçısı funksiyasını itirib? - Cavabsız sorğular və ya susan Pənahın nağılı...
  • Bu gün, 09:06
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Bu gün, 08:58
    AYNA-nın TENDER GÜZGÜSÜ də ƏYRİ GÖSTƏRİR... - DƏLİXANADIR, VALLAH...
  • Bu gün, 08:44
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dünən, 19:00
    İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
  • Dünən, 18:47
    Türmədən Mandela kimi çıxacam, hakimiyyətə qayıdacam - Saakaşvili
  • Dünən, 18:30
    Qaz təchizatı obyektlərinin mühafizə zonalarına dair yeni tələblər qüvvəyə minib
  • Dünən, 18:22
    Magistratura imtahanının nəticələri elan olunub
  • Dünən, 18:05
    Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
  • Dünən, 17:46
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • Dünən, 17:32
    Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO
  • Dünən, 17:21
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • Dünən, 17:11
    Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
  • Dünən, 16:03
    Dənizdə batan 4 nəfər AXTARILIR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə